Sənədli film üçün Hollivuddan Ermənistana gedən Los-Anceles sakinləri – Kristofer Reynold və Daniel Koven Yerevanda naməlum şəxslər tərəfindən döyülüb.
ÇıxışYolu.Com Ermənistan KİV-ə istinadən xəbər verir ki, hollivudlu çəkiliş qrupunun üzvləri noyabrın 1-də döyülsə də, polis hadisədən bir neçə gün sonra xəbər tutub.
Hazırda onların vəziyyəti ilə bağlı məlumat verilmir. Faktla bağlı cinayət işi başlanmayıb.