UEFA Çempionlar Liqasının üçüncü turunun oyunları keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, “Mançester Siti” səfərdə “Şaxtyor”u darmadağın edib.
“Real” isə Madriddə “Viktoriya Plzen” klubunu çətinliklə olsa da, məğlub edə bilib.
“Ayaks” – “Benfika” 1:0
“Hoffenheym” – “Lion” 3:3
“Şaxtyor” – “Mançester Siti” 0:3
“Real” – “Viktoriya” 2:1
“Roma” – MOİK 3:0
“Yanq Boyz” – “Valensiya” 1:1
“Mançester Yunayted” – “Yuventus” 0:1
23.41
UEFA Çempionlar Liqasının üçüncü turunun AEK – “Bavariya” oyunu başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, Afinada keçirilən görüşdə qonaqlar qələbə qazanıb.
Qarşılaşmanın 61-ci dəqiqəsində Havyer Martinez hesabı açıb. İki dəqiqə sonra isə Robert Levandovski hesab arasındakı fərqi artırıb.
Oyun Almaniya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.