ÇıxışYolu.Com - Zümrüd Qasımova: Abırlı geyinir, ancaq içi murdardır

ÇıxışYolu.Com – Zümrüd Qasımova: Abırlı geyinir, ancaq içi murdardır

Baxış sayı: 3. 047 dəfə baxılıb.

Aktrisa Zümrüd Qasımova uzun zaman sonra imicini dəyişərək, saçlarını qırmızıya boyayıb.

Sənətçi ÇıxışYolu.Com-a açıqlamasında saç rənginin dəyişdirməsini əhvalı ilə əlaqələndirib:

“Xüsusi bir səbəbi yoxdur, əhvalım pis idi, öz əllərimlə saçımın rəngini qırmızıya boyadım. Düşündüm ki, çox qısa kəsdirim, sonra fikirləşdim ki, bu qədər də olmaz. Əvvəlcə rəngdən başlamalıyam. Səhər oyandım, çalar var idi, götürüb rənglədim, hamı şoka düşdü”. 


O bildirib ki, bundan sonra saç rəngində daha əlvan çalarlara üstünlük verəcək.

ÇıxışYolu.Com - Zümrüd Qasımova: Abırlı geyinir, ancaq içi murdardır

“Fikirləşirəm bundan sonra əvvəlcə yaşıl, daha sonra isə göy rəngə boyayım”, – deyə Zümrüd bildirib.

Qasımova insanların iradları ilə bağlı kompleks yaşamadığını da vurğulayıb:

ÇıxışYolu.Com - Zümrüd Qasımova: Abırlı geyinir, ancaq içi murdardır

“Mentalitet insanın daxilində olmalıdır, saç və geyimlə bağlı olan bir şey deyil. Baxırsan abırlı geyinib, ancaq içi murdardır. Mən aktrisayam, istədiyim hər obraza girə bilərəm”.

ÇıxışYolu.Com - Zümrüd Qasımova: Abırlı geyinir, ancaq içi murdardır

Uzun zamandır filmə və seriala çəkilməyən aktrisa yeni layihəsinin olduğunu qeyd edib:

“Dram janrında yeni filmə çəkiləcəyəm. Mən komediya aktrisası deyiləm. Hazırda filmin məşqləri gedir”. 

.
www.ÇıxışYolu.Com