c14b508f-9494-4456-b839-09337d079fbf..jpg

AZPROMO və KOBİA: “Azərbaycan məhsullarının maya dəyəri yüksəkdir”

Baxış sayı: 1. 169 dəfə baxılıb.

AZPROMO və KOBİA: “Azərbaycan məhsullarının maya dəyəri yüksəkdir”

Azərbaycanda istehsal olunan məhsulların maya dəyəri xarici analoqları ilə
müqayisədə yüksəkdir, bu da onların ixracına problem yaradır.

“Report” xəbər verir ki, bu fikir Bakıda keçirilən Milli İxracatçılar və
İdxalçılar Forumunda səsləndirilib.

“Azərbaycan şirkətlərinin öz məhsulları üçün müəyyən etdiyi qiymətləri xarici
tərəfdaşlara təqdim etdikdə məlum olur ki, onlar analoqlarından dəfələrlə
bahadır. Bu məsələ ilə bağlı sahibkarlar daim məlumatlandırılırlar. Biz
şirkətlərə deyirik ki, çox güman sizdə hansısa problemlər var. Bu səbəbdən maya
dəyəri yüksəkdir. Tövsiyə edirik ki, onlar işlərini təkmilləşdirsinlər,
rəqəmsallaşmaya getsinlər”, – deyə İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin (AZPROMO) sədrinin müşaviri Tural Hacılı bildirib.

“Ötən il Azərbaycan sahibkarlarından 6 000-ə yaxın müraciət daxil olub ki,
onların tərkibində ixracla bağlı məsələlər də var. İş adamlarının çoxu gömrük
prosedurları ilə bağlı çətinlik olduğunu bildirib. Yerli istehsal məhsulları
ölkəyə idxal olunan xarici istehsal məhsullarından baha olur. Bu da ixraca
problem yaradır. Baxmayaraq ki, sahibkarlar qiymətlərin yüksək olmasını
keyfiyyətlə əlaqələndirirlər. Onlar tələb-təklif qaydalarına uyğun olaraq,
məhsulların satışı siyasəti həyata keçirməlidirlər”, – deyə Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) Biznesə xidmətlər departamentinin müdiri
Natiq Heydərov bildirib.

Source link