394263ef-5af4-4e77-bb9e-974a5f9034a8..jpg

AzQAC-ın baş katibi: “40 ton unu Xankəndidə yaşayan erməni sakinlərinə çatdırana qədər buradayıq”

Baxış sayı: 589 dəfə baxılıb.

AzQAC-ın baş katibi: “40 ton unu Xankəndidə yaşayan erməni sakinlərinə
çatdırana qədər buradayıq”

“Artıq səkkizinci gündür ki, Ağdam-Xankəndi istiqamətində dayanmışıq. Bütün
heyət olaraq, keçid üçün hələ də cavab gözləyirik”.

Bunu “Report”un Ağdama ezam olunmuş əməkdaşına Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev hazırkı vəziyyətlə bağlı
məlumat verərkən deyib.

O bildirib ki, artıq səkkizinci gündür, müvafiq işçi heyəti ilə buradadırlar:

“Gördüyünüz kimi, çadırlarımız da, müvafiq işçi heyətimiz də, könüllülərimiz
də buradadırlar və gözləyirik. Məqsədimiz ondan ibarətdir ki, gətirdiyimiz iki
TIR, daha dəqiq desək, 40 ton unu Xankəndidə yaşayan erməni sakinlərə təhvil
verək. Çatdırmasaq, əlbəttə, bu ərazidən getməyəcəyik”.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən
Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan
yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan yardım karvanında 40 ton
un var.

Source link