34948062-0b7f-45c0-9ee4-00c044218e32..jpg

Azranking.az internet portalının təqdimatı keçirilib – FOTO

Baxış sayı: 444 dəfə baxılıb.

Azranking.az internet portalının təqdimatı keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyi qurumun
fəaliyyəti və Azranking.az internet portalının imkanları barədə media
nümayəndələri üçün məlumatlandırma tədbiri keçirib.

Cixisyolu.com xəbər verir ki, tədbirdə komissiyanın fəaliyyəti, komissiya
çərçivəsində biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində
hazırlanan islahat təşəbbüsləri barədə geniş məlumatlar verilib. Komissiyanın
işçi qruplarının fəaliyyətinin təşkili, o cümlədən 2024-cü il üzrə təsdiq
olunan yol xəritələri və fəaliyyət planları barədə məlumat təqdim edilib.

Tədbirdə, həmçinin, komissiyanın Azranking.az internet
portalının funksional imkanları və innovativ alətləri barədə təqdimat
keçirilərək, iqtisadi təşəbbüslərin hazırlanmasında özəl sektorun aktiv
iştirakı üçün əlverişli şəraitin yaradıldığı bildirilib.

“E-iştirakçılıq”, “Online müraciət”, “Rəqəmsal təqvim” platformaları,
“Bençmarkinq” sistemi vasitəsilə maraqlı tərəflərin, o cümlədən sahibkarların
və ictimaiyyət nümayəndələrinin hazırlanan islahat təşəbbüsləri barədə öz
təkliflərini təqdim etmək, müzakirələrdə iştirak etmək imkanlarının olduğu
vurğulanıb.

Bu cür platformaların cəmiyyətin islahat təşəbbüslərinin hazırlanması
prosesində şəffaf və çevik iştirakına imkan yaratdığı bildirilib.

Daha çox foto burada: PhotoStock.Az

Source link