a9ab7c04-e8d2-4760-a9f1-6b7054357642..jpg

AzTV əməkdaşları Xankəndi stadionunda futbol oynadılar: Meydançanın yeni görüntüləri – VİDEO

Baxış sayı: 580 dəfə baxılıb.

AzTV əməkdaşları Xankəndi stadionunda futbol oynadılar: Meydançanın yeni
görüntüləri – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşları Xankəndi stadionunda
futbol oynayıblar.

Stadiondan hazırlanan süjetdə qeyd olunub ki, növbəti mövsümdən etibarən
Azərbaycan Premyer Liqasının oyunlarını bu arenada izləmək mümkün olacaq.

Bildirilib ki, təxminən 15 min tamaşaçı tutumuna malik olan sözügedən stadion
SSRİ dövründə Azərbaycanın “Qarabağ” futbol klubunun oyunlarına ev sahibliyi
edib.

Hazırda isə stadionda bərpa və yenidənqurma işləri görülür.

Xatırladaq ki, Xankəndi şəhər stadionunun təməli 1955-ci ildə qoyulub. Futbol
meydançası 1956-cı ildə istifadəyə verilib.

Ətraflı süjetdə:


Source link