b051f83b-90fc-4fe5-a18c-71a17e2bf952..jpg

Azyaşlı qızın videosunu yayan dörd “Real Madrid” futbolçusu saxlanıldı

Baxış sayı: 588 dəfə baxılıb.

Azyaşlı qızın videosunu yayan dörd “Real Madrid” futbolçusu saxlanıldı

İspaniyanın “Real Madrid” klubunun akademiyasının dörd futbolçusu saxlanılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Madrid təmsilçisinin gənclər komandalarının üzvləri azyaşlı qızın iştirak
etdiyi seksual xarakterli video yaymaqda şübhəli bilinərək saxlanılıblar.
Bunlardan biri “Real Madrid Kastilya”, üçü isə C komandasının oyunçularıdır.

Sözügedən futbolçuların adı açıqlanmayıb. Klub araşdırma bitdikdən sonra
oyunçularla bağlı lazımi tədbir görüləcəyini bildirib.

Source link