Azyaşlıların kütləvi qurban edildiyi məkan aşkarlandı  – FOTO

Azyaşlıların kütləvi qurban edildiyi məkan aşkarlandı – FOTO

Baxış sayı: 1. 863 dəfə baxılıb.

Peruda arxeoloqlar uşaqların ən kütləvi qurban edildiyi məkanı aşkarlayıb.  

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Perunun şimalında indiki Truxilo bölgəsində aparılan arxeoloji qazıntılar nəticəsində 550 il əvvəl yaşamış uşaqların qalıqları aşkarlanıb.

Tədqiqatçılar əmin edir ki, uşaqlar hamısı “tanrılara” qurban vermək məqsədilə eyni vaxtda edam edilib. Qurbanlar 5-14 yaşlarında olan uşaqlardır. 

Əksər qurbanların döş qabırğalarında kəsik və dağılma izləri aşkarlanıb ki, bu da ritual zamanı onların ürəklərinin xaric edildiyini deməyə əsas verir.

Qeyd edək ki, həmin ərazi qədim Çimu sivilizasiyasının torpaqlarına aid olub.

.
www.ÇıxışYolu.Com