Azyaşlının ölümündə ittiham olunan qadına 10 il cəza istənilib

Azyaşlının ölümündə ittiham olunan qadına 10 il cəza istənilib

Baxış sayı: 3. 592 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini Lalə İsrafilovanın (1971-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, ölüm hadisəsi ötən il mayın 9-da Quba rayonunun Bərqov kəndində baş verib.

Kənd sakini Fuad Mustafazadə (2013-cü il təv.) qonşuluğda yaşayan Lalə İsrafilovanın icazəsiz həyətyanı sahəsinə daxil olub. 

Azyaşlı həyətdəki gülləri tapdaladığı üçün qadın uşağdan həyətdən çıxmasını tələb edib. Fuad qaçmağa başlayıb və darvazanın yanında yıxılıb. O, alnından aldığı xəsarət nəticəsində hadisə yerində ölüb. 

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi başanılıb, şübhəli şəxs qismində Lalə İsrafilova saxlanılıb. İstintaq dövründə onun barəsində həbs-qəti imkan tədbiri seçilməyib.

Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 10 il cəza təyin olunmasını xahiş edib.

Növbəti proses iyunun 8-də keçiriləcək.

www.ÇıxışYolu.Com