Azyaşlıya qarşı seksual xarakterli hərəkətlərdə ittiham edilən kardinal istefa verdi

Baxış sayı: 2. 282 dəfə baxılıb.

Azyaşlıya qarşı seksual xarakterli hərəkətlərdə ittiham edilən kardinal istefa verdi

Katolik kilsəsinin ABŞ-dakı ən vacib şəxslərindən olan Kardinal Teodor Makkarrik uşaqlara qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunduğu üçün istefa verməyə məcbur edilib.

ÇıxışYolu.Com xəbər verir ki, keçmişdə Vaşinqton Baş Yepiskopluğu da daxil olmaqla, bir çox yüksək vəzifələrdə olan 88 yaşlı kardinal 45 il öncə Nyu-Yorkda işləyərkən bir uşağa qarşı cinsi istismarda günahlandırılır.

İddia üzrə iş açılıb və dəlillər “inandırıcı və sağlam təməlli” hesab edilib. Bundan sonra keçən ay Papa Françeskonun tələbi ilə o, rahiblik vəzifələrindən uzaqlaşdırılıb.

Makkarrik müzakirə mövzusu olan davranışlarını “xatırlamadığını” və “məsum olduğuna inandığını” dilə gətirib.

Qeyd edək ki, o, pedofillikdə günahlandırılaraq istefaya məcbur edilən ən yüksək rütbəli din xadimi hesab edilir.

www.ÇıxışYolu.Com