075cb6cd-c97f-4503-b6dd-8e759501c422..jpg

Azyaşlıya qeyri-etik hərəkət edən şəxsin saxlanılma detalları: Görkəmini dəyişibmiş – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 1. 028 dəfə baxılıb.

Azyaşlıya qeyri-etik hərəkət edən şəxsin saxlanılma detalları: Görkəmini
dəyişibmiş – YENİLƏNİB + FOTO/VİDEO

“O, təcrübəli idi, çünki oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana
görmüşdü”.

Cixisyolu.com xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev
deyib.

O bildirib ki, şübhəli şəxs dörd gün ərzində bir neçə dəfə axtarışın
istiqamətini dəyişməyə çalışıb:

“Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat topladı, 57
şəhər kamera görüntülərini araşdırdı. O, xarici görkəmini, hətta yerişini də
dəyişmişdi. Bütün tədbirlərinə baxmayaraq, saxlanıldı”.

19:09

Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli
bilinən şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum
olunan 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanılaraq cinayət
məsuliyyətinə cəlb edilib.

Araşdırmalar davam etdirilir.


Source link