Bəşəriyyətə təhlükə yaradan “sahə” aşkarlanıb

Bəşəriyyətə təhlükə yaradan “sahə” aşkarlanıb

Baxış sayı: 1. 902 dəfə baxılıb.

Norveçli alimlər Qrenlandiyada buz qalxanında toz və küldən ibarət “sahə” aşkarlayıblar. Ərazidə qar sürətlə əriyir və bu proses dünya okeanı səviyyəsinin qalxmağına və geniş ərazilərin su altında qalmasına təsir edir.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “Science Alert” nəşri yazır.

Tünd zona 400 kilometr uzunluğa və 100 kilometr enə malikdir. Onun ərazisində karbon hissəcikləri ilə qidalanan tünd rəngli yosunlar bitir. Nəticədə buz müvafiq rəng alır və bu albedonu – səthin günəş şüalarının əks etdirmək imkanı – aşağı salır. Bunun əvəzinə buz enerjini udur və sürətlə əriməyə başlayır.

Maye isə öz növbəsində yosunların artmasına təsir edir. Hətta havanın yüngül qızması onların sayının artması və nəticədə tünd zonanın ərazisinin böyüməyinə səbəb olur. 

Alimlər müəyyən ediblər ki, buzlaqların əriməsinə meşə və digər yanğınlardan sonra əmələ gələn tüstü qatları təsir göstərir.

www.ÇıxışYolu.Com