BƏƏ-də helikopter qəzaya uğradı, ekipaj öldü

Baxış sayı: 4. 032 dəfə baxılıb.

BƏƏ-də helikopter qəzaya uğradı, ekipaj öldü

Birləşmiş Ərəb Əmirliyində helikopter qəzaya uğrayıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, BƏƏ-nin rəsmi xəbər agentliyi WAM pilot və ekipajın həyatını itirdiyi barədə məlumat yayıb.

Helikopterin Rəsul-Hayma Əmirliyində yerləşən Cais dağı bölgəsində xilasetmə əməliyyatı əsnasında qəzaya uğradığı bildirilir.

Helikopterin göyərtəsində neçə insanın olması barədə məlumat verilməyib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

www.ÇıxışYolu.Com