Bədəni yanan Fərhadın anası: “Bəzən yeməyə çörək belə tapmırıq” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
11 yaşlı Fərhad ağır yanıq xəsarətləri alıb.
Bu barədə Cixisyolu.com-a onun anası Səfiyyə Rəsulova məlumat verib.
O bildirib ki, övladı fevralın 28-də yanıb:
“Biz Qaxda yaşayırıq. Fərhad fevralın 28-də evdə qaçarkən qaynar qazanı
üzərinə aşırıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq.
Övladım burada əməliyyat olundu”.
Ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.
“Hazırda müalicələrini davam etdirmək üçün 600 manata ehtiyacımız var. İnanın,
bəzən Fərhada verməyə yemək, çörək belə tapmıram. Vəziyyətimiz çox çətindir.
Çıxılmaz vəziyyətdə qalmışıq. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını
xahiş edirik”.
Ailə ilə əlaqə: (055) 952-56-53.
Bank Respublika: 4244 4848 4798 1648.