Bədii gimnastika komandamız da Olimpiadaya vəsiqə qazandı

Baxış sayı: 2. 209 dəfə baxılıb.

Bədii gimnastika komandamız da Olimpiadaya vəsiqə qazandı

Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatının ən məsuliyyətli günlərindən biri yaşanıb.

ÇıxışYolu.Com xəbər verir ki, 24 ölkənin qrup hərəkətləri üzrə komandaları çoxnövçülük mübarizəsinə start verərək, finalçılar və Olimpiya Oyunlarına lisenziya qazanan komandaları müəyyənləşdirib.

Azərbaycanın Diana Əhmədbəyli, Aliyə Paşayeva, Ayşən Bayramova, Zeynəb Hümmətova və Dərya Sorokinadan ibarət qrup komandası hər iki kompozisiyanı mükəmməl şəkildə icra edərək, ümumilikdə 53.100 xal toplayıb. Bununla da qızlarımız Tokio Olimpiadasına lisenziyanı təmin ediblər.

Xatırladaq ki, çempionatın ötən günü fərdi  proqramda iştirakçımız Zöhrə Ağamirova çöxnövçülük xalları əsasında vəsiqəni əldə edib. Bu da o deməkdir ki, 2020-ci il Tokioda baş tutacaq Yay Olimpiya Oyunlarında Azərbaycanın bədii gimnastları hər iki proqramda ölkəmizi təmsil edəcək.