7d1c2e68-24a5-4f69-87e8-ebece43c2bc0..jpg

Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib – FOTO

Baxış sayı: 672 dəfə baxılıb.

Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbir Milli Gimnastika Arenasında baş tutub.

Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Yarışda “Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman
Məktəbi, “Qrasiya” İdman Klubu, “Kür” Olimpiya Tədris Idman Mərkəzi, Gəncə
Olimpiya İdman Klubu, Zirə və Sumqayıtdan ümumilikdə 60-a yaxın gimnast
qüvvəsini sınayacaq.

Çempionatda 2009-2011-ci il təvəllüdlü yeniyetmə və gənclər, həmçinin daha
böyük təvəllüdlü idmançılar fərdi proqramda çıxış edəcəklər. Gənclər arasında
qrup hərəkətləri komandaları 5 halqa və 5 gürz üzrə proqramları nümayiş
etdirəcəklər.

Qeyd edək ki, Azərbaycan çempionatı martın 23-nə qədər davam edəcək.

Source link