Azərbaycanın Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Siana Vasilevadan ibarət qrup hərəkətləri komandası bədii gimnastika üzrə Dünya Kubokunda 3 top və iki iplə tapşırıqların yekunu olaraq finala yüksəliblər.
ÇıxışYolu.Com xəbər verir ki, təsnifat mərhələsində gimnastlarımız 14.650 xalla 8-ci yeri tutmaqla finala vəziqə qazanıblar.
Həmçinin İtaliya, Ukrayna, Bolqarıstan, İsrail, Yaponiya, Belarus və Finlandiya yığmaları əsas mübarizə mərhələsinə çıxıblar.