637a0c00-bc3b-475f-844f-4c1a6ff9a1eb..jpg

Bəhreyn bazasında “alçaldıcı qəza”: Britaniyanın iki mina gəmisi toqquşdu – VİDEO

Baxış sayı: 749 dəfə baxılıb.

Bəhreyn bazasında “alçaldıcı qəza”: Britaniyanın iki mina gəmisi toqquşdu –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus iki mina gəmisi Bəhreyndəki bazada
toqquşub.

Bu barədə “Mirror” nəşri kadrlar təqdim edib.

“Britaniyanın Hərbi Dəniz Qüvvələrinə məxsus milyon funt sterlinq dəyərində
“Chiddingfold” gəmisi Bəhreyndə alçaldıcı qəzada Britaniyanın hərbi “Bangor”
gəmisinə çırpıldı”, – deyə məlumatda vurğulanıb.

Hər iki gəmi “Kipion” əməliyyatının bir hissəsi olaraq Fars körfəzi və Hind
okeanında Britaniya donanma qrupunun bir hissəsi idi.

Nəşrin mənbəsi gəmilərin korpusuna ziyan dəydiyini vurğulayıb.

Britaniya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi isə dəymiş ziyan barədə
danışmasa da, heyət üzvlərindən xəsarət alan olmadığını qeyd edib.

Hadisə ilə bağlı yüksəksəviyyəli araşdırmalara başlanılıb. Mütəxəssislər
bahalı gəmilərin necə toqquşduğunu araşdıracaqlar. Bildirilir ki, hadisənin
nəticələrinin aradan qaldırılması əhəmiyyətli məbləğə başa gələ bilər.

Source link