Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, təbrikdə deyilir:
“Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi şəxsən öz adımdan, Bəhreyn xalqı və hökuməti adından səmimi qəlbdən təbrik edirəm. Bu seçim ölkəni daha parlaq gələcəyə aparan liderlik bacarığınızı qiymətləndirən xalq tərəfindən Sizə göstərilən yüksək etimadı nümayiş etdirir.
Ali dövləti vəzifənizi yerinə yetirməkdə, xalqın yüksəliş və inkişaf amallarını həyata keçirmək işində Sizə uğurlar diləyirəm. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına inkişaf və rifah arzulayıram”.