Bələdiyyə sədrinə cinayət işi açıldı

Bələdiyyə sədrinə cinayət işi açıldı

Baxış sayı: 2. 638 dəfə baxılıb.

Bələdiyyə sədrinə cinayət işi açıldı

Göygöl rayonu Zurnabad bələdiyyəsinin sabiq sədri Vəliyev Daşqın Avsəddin oğluna cinayət işi açılıb. 

ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, D.Vəliyev öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda dələduzluq edərək ziyan vurub.

Eyni zamanda, ona etibar edilmiş külli miqdarda bələdiyyə əmlakını mənimsəyib. 

Bu faktlara görə, D.Vəliyev barəsində dələduzluq, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət işi başlanılıb. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com