Bələdiyyə sədrinə sui-qəsd edən şəxs HƏBSDƏ ÖLDÜ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda məhkum həbsdə ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı
cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum Aydın Şahverdiyev dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, A.Şahverdiyev ötən il Qubada bələdiyyə sədri və ailəsini
öldürməyə cəhd etdiyi üçün həbs edilibmiş.