a6b9c817-b789-4589-acf7-0459952dc1cd..jpg

Bələdiyyələr nağdsız ödənişlərə keçəcək – FOTO

Baxış sayı: 756 dəfə baxılıb.

Bələdiyyələr nağdsız ödənişlərə keçəcək – FOTO

“Bələdiyyələrdə nağdsız ödənişlərin təşviq edilməsi və çətinliklərin
müzakirəsi” mövzusunda onlayn görüş keçirilib. Azərbaycan Bələdiyyələrinin
Milli Assosiasiyalarının təşkilatçılığı ilə keçirilən görüşdə yerli (bələdiyyə)
büdcəyə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılmasında HÖP (Hökumət
Ödəniş Portalı) platformasının imkanlarından daha geniş formada istifadə
edilməsi məsələləri müzakirə olunub.

Bu barədə Cixisyolu.com-a Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasından məlumat
verilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Azərbaycan Banklar
Assosiasiyası və Mərkəzi Bankın əməkdaşlarının da iştirakı ilə keçirilən
görüşdə ölkə bələdiyyələrinin yerli vergi və ödənişlərin ödənilməsi
proseslərində şəffaflığın, hesabatlılığın tam təmin olunması barədə fikir
mübadiləsi aparılıb. 26 bankın nümayəndələrinin iştirak etdiyi onlayn görüşdə
bələdiyyə ödənişlərinin yalnız HÖP vasitəsilə aparılması imkanları müzakirə
edilib.

“Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi” MMC-nin direktoru Adil Əhmədov bildirib
ki, bələdiyyələrdə gəlir və xərclərin düzgün uçotunun aparılması məqsədi ilə
bütün ödənişlərin HÖP üzərindən həyata keçirilməsi bu sahədə şəffaflığı
artıracaq.

Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov banklarla
əməkdaşlığın daha effektli və bu sahədə birgə maarifləndirmə tədbirlərinin
təşkil edilməsinin zəruriliyini vurğulayıb.

Daha sonra Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaların nümayəndəsi,
Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Əli Əkbərli
bildirib ki, ölkə ərazisində 1606 bələdiyyəni təmsil edən Azərbaycan
Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən bələdiyyələrdə vergi uçot
sisteminin düzgün qurulması onların maliyyə imkanlarının kifayət qədər
gücləndirməsinə şərait yaradacaq. Bu sahədə hesabatlılığın və şəffaflığın təmin
edilməsi bələdiyyələrin normal fəaliyyətinin təşkili üçün vacib şərtlərdəndir.

Bu məqsədlə milli assosiasiyalar tərəfindən Prezident Administrasiyasının
dəstəyi ilə “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” (BAMS)
yaradılıb və ölkə bələdiyyələrində tətbiqinə başlanılıb. Görüşdə Dövlət
başçısının “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı
illər üçün Milli Fəaliyyət Planı”nda bələdiyyələrin gəlir və xərclərinin vahid
portalının yaradılması və bütün bələdiyyə xərclərinin portal vasitəsilə həyata
keçirilməsi tədbirinin icrası ilə əlaqədar icra olunmuş məsələlərə toxunulub.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi İsrafil
Mustafayev qeyd edib ki, bütün bələdiyyə ödənişləri vahid portal, yəni HÖP
üzərindən aparılması həm də korrupsiya hallarının qarşısını alacaq.

İşçi qaydada aparılan müzakirələrdə Azərbaycan Banklar Assosiasiyasının və
Mərkəzi Bankın əməkdaşları tərəfindən müzakirə olunan məsələ ilə bağlı banklara
müvafiq tövsiyələr verilib.

Source link