Bəlkə də, əlvida...

Bəlkə də, əlvida…

Baxış sayı: 2. 935 dəfə baxılıb.

Bəlkə də, əlvida…

Bu sözləri sosial şəbəkələrdə öz dostlarına yazan qız hələ də tapılmayıb. Necə ki, Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğında itkin düşən 33 nəfər uşaq kimi.

ÇıxışYolu.Com Rusiya KİV-nə istinadən xəbər verir ki, Kemerovada baş verən yanğında bir kənd məktəbinin 5 “A” sinfi itkin düşüb.

Bəlkə də, əlvida...

“Qış albalısı” ticarət mərkəzində baş vermiş yanğında itkin düşənlər siyahısında Kemerova vilayətinin Treşevski qəsəbəsindən 8 uşağın adı çəkilir. Bunlar yerli məktəbin 5 “A” sinfinin şagirdləri – Viktoriya Poçankina, Veronika Ponuşkova, Yelena Çernikova, Tatyana Kurçevskaya, Sergey Maneşkin, Viktoriya Zipunova, Anastasiya Smirnova və Diana Nizovskayadır.

Bəlkə də, əlvida...

Bəlkə də, əlvida...

Dünən səhər onlar sinif rəhbəri ilə birlikdə vilayət mərkəzinə ekskursiyaya gediblər. Beləcə valideynlər və müəllimlər onları yaz tətilinin başlaması münasibətilə təbrik etmək istəyiblər. Lakin gəzinti əsl faciəyə çevrildi.

Yerli vaxtla axşam saat 5 radələrində uşaqlar öz qohumlarına zəng edərək, yanan kinoteatrda olduqlarını, boğulduqlarını və oradan çıxa bilmədiklərini deyiblər. Məlum olub ki, onlar  “Qış albalısı” ticarət mərkəzində yerləşən kinoteatra cizgi filminə baxmağa gediblər.

Bəlkə də, əlvida...

Yanğın başladıqdan sonra kinoteatrdan əsas qapıya olan yollar odla örtülüb, uşaqlar ağlayaraq oradan çıxa bilmədiklərini deyiblər və valideynləri ilə vidalaşıblar. Hələ də onların taleyi haqda heç nə məlum deyil.

“Bütün sinifdən ekskursiyaya cəmi iki nəfər getməyib. Hazırda valideynlər xəstəxanaya yerləşdirilmiş uşaqlar arasında öz uşaqlarını tapmaq ümidiylə xəstəxanaları gəzirlər”, – deyə itkin düşən məktəblilərdən birinin xalası Evgeniya Oqanisya bildirib. 

Xəbərsiz itkin düşən uşaqların sosial şəbəkələrdəki səhifələrindən görünür ki, onların sinfi mehriban olub:

“Mən öz sinif yoldaşlarımı çox sevirəm. Onlarla çox əyləncəlidir”, – deyə qızlardan biri Vika Poçankina məktəbdə birgə çəkilən selfinin altına yazıb.

Bəlkə də, əlvida...

Treşevski qəsəbəsinin 5 “A” sinfinin rəhbərini xilas etmək mümkün olub. Qadın yanğın zamanı kinoteatrda olmayıb. Bu vaxt o ticarət mərkəzində gəzməyə qərar verib.

Xatırladaq ki, son məlumatlara görə baş vermiş yanğında 64 nəfər həlak olub, onlardan 15 nəfərin cəsədinin kimliyi təyin olunub, 6 nəfərin cəsədi isə hələ də uçqunun altındadır.

Bəlkə də, əlvida...

Həlak olmuş uşaqların çoxu ticarət mərkəzinin kinozalında odlu tələdə bağlı qalaraq həlak olublar. Cizgi filminin göstərildiyi zalın qapısı bağlı olub. İzləyicilərin çoxu uşaqlar olub, onlar sadəcə olaraq çölə çıxa bilməyiblər.

Uşaqlar yanan binadan yaxınları ilə əlaqə qurmağa çalışıblar. Sosial şəbəkələrdə qızlardan birinin dostları ilə yazışması yayılıb:

Maşa bu sözləri yazmağa macal tapıb – “Biz yanırıq. Ola bilsin ki, əlvida”.

Bəlkə də, əlvida...

Bəlkə də, əlvida...

Daha bir qız – Kazandan olan 11 yaşlı Maya da odlu tələnin içində qalıb və “Bu sondur” deyə status yazıb.  

Bəlkə də, əlvida...

Bəlkə də, əlvida...

Bəlkə də, əlvida...Bəlkə də, əlvida...

Bəlkə də, əlvida...

www.ÇıxışYolu.Com