ead528cf-e7ac-4d24-a469-dd498e3a553f..jpg

Bəraət alan şirkət rəhbəri yenidən həbs edildi

Baxış sayı: 558 dəfə baxılıb.

Bəraət alan şirkət rəhbəri yenidən həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il bəraət alan “Protəmir İnşaat” şirkətinin rəhbəri İlyas Namazov həbs
edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə
qərar qəbul edib.

Elbəy Allahverdiyevin sədrlik etdiyi məhkəmə heyəti prokurorun protestini və
zərərçəkmişlərin şikayətini əsaslı hesab edib.

Qərara əsasən İ.Namazov 2 il 6 ay azadlıqdan məhrum edilib. Şirkət rəhbəri
məhkəmə zalında həbs edilib. Zərərçəkmiş şəxslərin mülki iddiaları isə qismən
təmin edilib.

Qeyd edək ki, İ.Namazov zərərçəkmiş şəxslərə ev təmir edəcəyi vədi verərək
onların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

Lakin Nərimanov Rayon Məhkəməsi ittihamı əsassız sayıb. Namazova dəlil və
sübut yetərsizliyi əsası ilə bəraət verilib.

Source link