1d0bd70f-912c-4ff9-babe-da8c7ba80fd5..jpg

Bərdə rayon sakinləri: “Yaşadığımız ərazi zibil yuvasına çevrilib” – ŞİKAYƏT + VİDEO

Baxış sayı: 535 dəfə baxılıb.

Bərdə rayon sakinləri: “Yaşadığımız ərazi zibil yuvasına çevrilib” – ŞİKAYƏT +
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunun Kələntərli qəsəbəsinin sakinləri əraziyə atılan tullantıların
daşınmaması səbəbindən antisanitar vəziyyət yarandığından gileylənirlər.

Qəsəbə sakini Sabir Qabilli şikayətlərini Cixisyolu.com-ın redaksiyasına ünvanlayıb.

Sakin qəsəbə ərazisində heç bir təmizlik işinin görülmədiyini dilə gətirib:

“Bərdə rayonu, Kələntərli qəsəbəsində məişət tullantıları antisanitar
vəziyyətin yaranmasına səbəb olub. Yeddi ildir ki, əraziyə atılan tullantıların
daşınmaması səbəbindən pis vəziyyət yaranıb. Ərazi zibil yuvasına çevrilib”.

Sakin ərazidə sahibsiz itlərin olduğunu da qeyd edib.

“Şikayətlərimizə baxan yoxdur. Ərazidə heç bir təmizlik işləri görülmür.
Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə məlumat verilməsinə baxmayaraq,
cavab olaraq ərazinin onların nəzərində olmaması bildirilir”, – deyə S. Qabilli
əlavə edib.

Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

Source link