Bərdə sakini ehtiyatsızlıqdan həmkəndlisini güllələdi

Bərdə sakini ehtiyatsızlıqdan həmkəndlisini güllələdi

Baxış sayı: 2. 041 dəfə baxılıb.

Aprelin 29-da, saat 16:00 radələrində Bərdə rayonunun Əmirli kəndində kənd sakini Asif Hümbətov ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi Azər Nurəliyevin bud nahiyəsinə xəsarət yetirib.

DİN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, nəticədə A.Nurəliyev xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən A.Hümbətov saxlanılıb, ondan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

www.ÇıxışYolu.Com