Bərdə rayon sakini özünü bıçaqlayaraq xəsarət yetirib.
ÇıxışYolu.Com-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Alpout kəndində yerləşən “Mal bazarı”nda qeydə alınıb.
Rayon sakini Zabil Əzizli özünə bir neçə bıçaq xəsarəti yetirib. Ancaq Z.Əzizli yaxınlarına zəng edərək bildirib ki, tanımadığı şəxslər onu bıçaqlayaraq üzərində olan 8745 manat pulu götürüblər.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Zabil Əzizli yaxın qohumu Tahir Qurbanova məxsuz 8745 manat pulu mənimsəmək üçün özünün sol buduna bıçaqla xəsarət yetirib.
Rayon Polis Şöbəsində 1991-ci il təvvəüdlü Zabil Əzizli haqqında cinayət işi başlanıb.