57038783-123b-495c-926c-5d0f1e26831a..jpg

Bərdə sakini Şuşada qəzaya düşərək ölüb – FOTO

Baxış sayı: 495 dəfə baxılıb.

Bərdə sakini Şuşada qəzaya düşərək ölüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşada bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

APA-nın məlumatına görə, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Şuşa
rayonu Daşaltı kəndindən keçən hissəsində qeydə alınıb.

Bərdə rayonu Hacallı kənd sakini 1971-ci il təvəllüdlü Lələşov Həbib Mürşüd
oğlu idarə etdiyi “HOWO” markalı yük avtombili ilə hərəkətdə olan zaman
idarəetməni itirib. Nəticədə yük avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı
sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis
kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Şuşa RPŞ-də
cinayət işi başlanıb istintaq aparılır.

Source link