44629517-e723-45e7-aa76-72a567360b1b..jpg

Bərdə sakininin evində üç kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanıb – FOTO

Baxış sayı: 477 dəfə baxılıb.

Bərdə sakininin evində üç kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanıb –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları
tərəfindən narkotiklərlə mübarizə istiqamətində keçirilmiş əməliyyat axtarış
tədbirləri nəticəsində Qarayusifli kənd sakini Seymur Allahverən oğlu İsrafilov
saxlanılıb, həmin şəxsin yaşadığı evə baxış zamanı üç kiloqrama yaxın narkotik
vasitə olan qurudulmuş marixuana aşkar olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Həmin şəxsin əlaqəsində olan şəxslərin müəyyən olunması istiqamətində Bərdə
RPŞ-də araşdırma aparılır.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə istiqamətində
tədbirlər davam etdirilir.

Source link