39743efc-0a8e-4fb4-913a-48f08fc74d6b..jpg

Bərdə sakinlərindən narkotik vasitə aşkar edildi: Həbs edilən var – FOTO/VİDEO

Baxış sayı: 789 dəfə baxılıb.

Bərdə sakinlərindən narkotik vasitə aşkar edildi: Həbs edilən var – FOTO/VİDEO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən narkotik vasitə
aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə,
Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri
Rüstəm Kərimov və Məqsəd Bayramov saxlanılıblar. Onların evində aparılan
müvafiq axtarışlar zamanı müxtəlif qablaşdırmalarda 1 kiloqram 200 qrama yaxın
marixuana aşkar edilərək götürülüb.

Adıçəkilən şəxslərlə bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, məhkəmənin
qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.


Source link