97f8c005-aa53-4984-aec3-0c489c0a5257..jpg

Bərdə və Tovuzda yanğın olub: Zəhərlənən var

Baxış sayı: 889 dəfə baxılıb.

Bərdə və Tovuzda yanğın olub: Zəhərlənən var

Bərdə və Tovuzda yanğın hadisəsi baş verib.

Bu bardədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Tovuz rayonunun Düz Qırıqlı kəndində ümumi sahəsi 70
kvadratmetr olan talvarın yanar konstruksiyası 30 kvadratmetr sahədə və altına
yığılan bir ton ot bağlamasının 600 kiloqramı yanıb.

Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Bərdə rayonu Hacallı kəndində həyətyanı sahədə 3 ton ot
bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı
tövlə yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.

Source link