7ae61982-d8a3-4e90-abfd-e2fe030f148e..jpg

Bərdədə ər ondan ayrılan arvadını bıçaqladı

Baxış sayı: 1. 045 dəfə baxılıb.

Bərdədə ər ondan ayrılan arvadını bıçaqladı

Bərdədə ər arvadını bıçaqlayıb.

“Report”un verdiyi məlumata görə, hadisə axşam saatlarında Bərdədə məcburi
köçkünlərin məskunlaşdığı 866 saylı qəsəbədə baş verib.

Məhəmməd adlı şəxs bir müddət əvvəl ondan ayrılaraq ata evinə gələn həyat
yoldaşı Arzu adlı xanıma axşam saatlarında binanın blokunda bir neçə bıçaq
zərbəsi endirib. Arzunun qışqırığına çıxan qonşuların müdaxiləsindən sonra
Məhəmməd əlindəki bıçaqla binanı tərk edərək hadisə yerindən uzaqlaşıb.

Yaralı qonşuların köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına
yerləşdirilib.

Source link