Bərdədə avtomobil yoldan çıxaraq aşıb.
ÇıxışYolu.Com-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bərdə rayonunun Qasımbəyli kəndində qeydə alınıb. Belə ki, rayon sakini 1996-cı il təvəllüdlü Süleymanov Hikmət Elmidar oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobilini yol kənarına aşırıb.
Hadisə nəticəsinə avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı hadisə yerinə çağırılan Təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yaralıya sol aşağı ətraflarının yer dəyişmiş açıq sınığı diaqnozu qoyublar.
Yaralıya tibbi yardım göstərilərək palataya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, F.Süleymanovun idarə etdiyi avtomobil özünə məxsus deyil.
Faktla bağlı araşdırma aparılır.