Bərdə sakini ehtiyatsızlıqdan ağır xəsarət alıb.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə təkər təmiri sexində baş verib.
1977- cü il təvəllüdlü Mehrac Məhərrəmov KamAZ markalı yük avtomobilinin təkərinə hava vurarkən, təzyiq çox olduğundan təkər partlayıb. Nəticədə M. Məhərrəmov baş nahiyəsindən travmatik, kəsilmiş-deşilmiş yaralar alıb.
Xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.