Bərdədə dodaqlarına dolğu vurduran qadının başına iş gəlib

Bərdədə dodaqlarına dolğu vurduran qadının başına iş gəlib

Baxış sayı: 1. 990 dəfə baxılıb.

Bərdə rayonunda salonlardan birində dodaqlarına dolğu vurduran qadın sağlamlığı ilə bağlı problemlər yaşayır.

ÇıxışYolu.Com-ın bölgə müxbirinin məlumatına görə, rayon sakini, 34 yaşlı Şəfqət Quliyeva dörd il əvvəl dodaq formasını dəyişmək üçün rayonda yerləşən gözəllik salonlarının birinə müraciət edib.

Salondan bildiriblər ki, Bakıdan gələn Yeganə adlı həkim bu işin mütəxəssisidir. Şəfqət Quliyeva da dodaqlarında dəyişlik etdirmək üçün dolğu etdirib. O, həmin gündən bəri dolğunun yaratdığı əks təsirlərdən əziyyət çəkir. Qadın dolğunun aradan qaldırılması üçün mayenin tərkibi bilmədiyi üçün müalicə də ala bilmir. 

Ş.Quliyeva deyir ki, dodağındakı dolğu üz nahiyəsində səpkilərə, qanının zəhərlənməsinə səbəb olur. O, aldadılması ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verib.