3e9bd406-65bf-46d8-b892-1c6f320b89b9..jpg

Bərdədə “Heydər Əliyev İli” münasibətilə yüksək səviyyəli konfrans təşkil edilib – FOTO

Baxış sayı: 1. 063 dəfə baxılıb.

Bərdədə “Heydər Əliyev İli” münasibətilə yüksək səviyyəli konfrans təşkil
edilib – FOTO

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə
əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, martın 3-də Bərdə
şəhərində “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” adlı işgüzar konfrans
keçirilib.

Bu barədə Cixisyolu.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Bərdə şəhərinin
mərkəzində ucaldılmış abidəsini ziyarət edib daha sonra Bərdə rayon Heydər
Əliyev mərkəzində olub.

Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirildikdən sonra tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisi Natiq
Abdullayev fenomenal şəxsiyyət, dahi lider Heydər Əliyevin qətiyyətli
mübarizəsi nəticəsində Azərbaycanın müstəqilliyini əldə olunmasından sonra
ölkədə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarını, o cümlədən prokurorluq
orqanlarının mahiyyət və struktur baxımından yenidən qurulmasını, yüksək nəzəri
biliyə və peşəkarlığa malik kadrlarla komplektləşdirilməsini, fəaliyyətin
beynəlxalq standartlara uyğun formalaşdırılmaqla müasir dövlət təsisatına
çevrilməsini diqqətə çatdırıb.

Konfrans zamanı çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi
İsayev mötəbər tədbirin Bərdə şəhərində təşkilindən məmnunluğunu ifadə edərək,
ölkəmizdə ictimai-siyasi sabitliyə məhz ümummilli lider Heydər Əliyevin
hakimiyyətə yenidən qayıdışından sonra nail olunduğunu, ulu öndərin
dövlətimizin möhkəmlənməsində və Azərbaycan dövlətçiliyinə yönəlmiş qəsdlərin
qarşısının alınmasında böyük rol oynadığını diqqətə çatdırıb.

Konfransda, həmçinin, Bərdə rayon prokuroru Rəşad İsgəndərov, Baş
Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Daxili İşlər
Nazirliyinin şöbə rəisi Elşad Hacıyev, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin
rəisi Anar Eyvazov, Ombudsman Aparatında sektor müdiri Müqalib Mahmudov, QHT
sədri Ceyhun Musayev, Bərdə rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov
ümummilli lider Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan
hüquqlarına verilən dəyər, Ulu öndərin xilaskarlıq missiyası və zəngin
dövlətçilik irsi mövzularında çıxış ediblər.

Tədbir iştirakçıları Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin
ideya müəllifliyi əsasında ərsəyə gəlmiş ümummilli liderin xatirəsinə həsr
olunmuş “Qanun naminə-Heydər Əliyev salnaməsi” adlı sənədli filmə baxıblar.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası
arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi
aparılıb. Sonda xatirə fotoşəkli çəkilib.

Source link