c3e52d33-7a0f-4db4-b652-7ada720dfb18..jpg

Bərdədə iki avtomobil toqquşdu: Ölənlər və xəsarət alan var – YENİLƏNİB

Baxış sayı: 930 dəfə baxılıb.

Bərdədə iki avtomobil toqquşdu: Ölənlər və xəsarət alan var – YENİLƏNİB

Bərdədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralananlardan biri
vəfat edib.

Bu barədə Cixisyolu.com-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, hadisə nəticəsində yaralanan digər şəxsin vəziyyəti ağır olaraq
qalır:

“Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”.

19:07

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Cixisyolu.com-ın məlumatına görə, iki nəqliyyat vasitəsi toqquşub və qəza nəticəsində
ölənlər var.

Hadisəni Cixisyolu.com-a Baş Dövlət Yol Polisi İdarəsindən təsdiq ediblər.

İdarənin İcrimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev bildirib ki,
qəza Yevlaz-Ağdam-Laçın yolunun 38-ci kilometrində Bərdə rayonu Kətəlparaq kənd
ərazisində qeydə alınıb:

“Niva” markalı, 90-EA-774 nömrə nişanlı avtomobil ilə “Mercedes” markalı,
34-BK-302 dövlət nömrə nişanlı maşınlar toqquşub. İlkin mılumata görə, qəzada
üç nəfər ölüb, iki nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır”.

Könül Cəfərli

Source link