617982e3-30fa-4e89-845d-046aeb5fc3cd..jpg

Bərdədə kişi qadını kafedə qətlə yetirdi

Baxış sayı: 928 dəfə baxılıb.

Bərdədə kişi qadını kafedə qətlə yetirdi

Bərdədə qadın bıçaqlanıb.

Bu barədə Bərdə Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, martın 30-u axşam saat 12 radələrində Bərdə rayon sakini
1987-ci il təvəllüdlü Günay Ələkbərovanın bıçaq xəsarəti ilə xəstəxanaya
yerləşdirilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1984-cü il təvəllüdlü Şirxan İmanovun Bərdə rayonunda
yerləşən kafelərdən birində Günay Ələkbərovaya bıçaqla xəsarətlər yetirməklə
qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şirxan İmanov iş üzrə şübhəli şəxs
qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Source link