Bərdədə körpünün yenidən tikilməsinə üç milyon ayrılıb

Bərdədə körpünün yenidən tikilməsinə üç milyon ayrılıb

Baxış sayı: 2. 427 dəfə baxılıb.

Azərbaycan prezidenti İlham Əliyev Bərdə şəhərində Tərtər çayı üzərində yeni körpü tikilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün sökülməsi və onun yerində yeni körpünün tikilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin ilkin olaraq üç milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

www.ÇıxışYolu.Com