18d6e11e-65a1-4c14-9cbf-9ca8f69b47eb..jpg

Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb – FOTO

Baxış sayı: 712 dəfə baxılıb.

Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs
saxlanılıb – FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı
narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan
verilən məlumata görə, polis əməkdaşlarına daxil olmuş məlumat əsasında
keçirilən tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən
Yevlax rayon sakini Teymur Əkbərov saxlanılıb. Onun əlində olan sellofan
torbaya baxış zamanı 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Source link