Bərdədə piyadanı maşın vurub öldürüb

Bərdədə piyadanı maşın vurub öldürüb

Baxış sayı: 1. 970 dəfə baxılıb.

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, mayın 18-də saat 22 radələrində Bərdə rayonunun Yenidaşkənd kəndi ərazisində kənd sakini Rizvan Şairov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən həmkəndlisi Xəlil Məmmədzadəni vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada  orada ölüb.
 
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

www.ÇıxışYolu.Com