a39655a0-996f-4554-ab40-1b662cd25d55..jpg

Bərdədə qadın bıçaqlandı – Qohumu tutuldu

Baxış sayı: 617 dəfə baxılıb.

Bərdədə qadın bıçaqlandı – Qohumu tutuldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Cixisyolu.com Bərdə Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, mayın 10-u saat 11 radələrində Bərdə rayon sakini 1997-ci il
təvəllüdlü Zəminə Məmmədovaya xəsarətlər yetirilməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1991-ci il təvəllüdlü Səbuhi Vəliyevin şəhərin Ü.Hacıbəyov
küçəsi
ərazisində bıçaqla xəsarət yetirərək qohumu Zəminə Məmmədovanı qəsdən
öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci
(qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Səbuhi Vəliyev
iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Source link