fc4cdff7-2801-4a27-9259-8979beaa2071..jpg

Bərdədəki faciənin TƏFƏRRÜATI: “Qadınların çoxu qorxudan huşunu itirmişdi” – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 494 dəfə baxılıb.

Bərdədəki faciənin TƏFƏRRÜATI: “Qadınların çoxu qorxudan huşunu itirmişdi” –
YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəsarət alanlar arasında vəziyyəti ağır olan yoxdur, bir nəfər kənd sakini
ölüb”

Bu barədə Cixisyolu.com-a Bərdədə yas mərasimi keçirilən evin döşəməsinin çökməsi ilə
əlaqədar danışarkən RİH başçısının Yeni Daşkənd kənd inzibati ərazi dairəsi
üzrə nümayəndəsiSabir Cahangirov məlumat verib.

İcra nümayəndəsi özünün də yas yerində olduğunu bildirib və hadisənin
təfərrüatlarını danışıb:

“Ev sahibi Əliyar Əliş oğlu Əliyevin yas məclisinə yığışmışdıq. 65 yaşı var
idi.

Evin yuxarı mərtəbəsində 30 nəfərə yaxın qadın əyləşmişdi. Say çox olduğundan,
döşəmə çöküb. Evin birinci mərtəbəsi zirzəmi kimi istifadə edilir və hündürlüyü
iki metrdən yüksəkdir. Aşağı mərtəbədə heç kim olmayıb. Bizdə olan məlumata
görə, xəsarət alanların arasında vəziyyəti ciddi olan yoxdur. Sadəcə mərasimdə
iştirak edən qadınların bir çoxu qorxudan huşunu itirib, bəziləri isə
xəstəxanaya yerləşdiriliblər.

Yas mərasimində iştirak edənlərin hamısı kənd sakinləridir”.

İcra nümayəndəsi evin köhnə tikili olmadığını da vurğulayıb:

“Ev yeni tikilib, köhnə deyil. Sadəcə döşəmənin yükü çox olub, ona görə çöküb.
Ev sakinləri xəsarət almayıblar”.

15:29

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq
Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat
verilib.

Məlumatda qeyd edilib ki, bir nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb.
Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq
şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan iki nəfər ambulator müalicə üçün evə
buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. Bir nəfərin vəziyyəti
ağır, iki nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil
qiymətləndirilir.

Əlavə məlumat veriləcək.

15:15

Bərdədə yas mərasimi zamanı evin döşəməsinin çökməsi ilə əlaqədar araşdırma
aparılır.

Bununla bağlı Cixisyolu.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Yeni Daşkənd kəndində yas mərasimi zamanı döşəmənin çökməsi
nəticəsində 23 nəfər yaralanıb, bir nəfər həyatını itirib.

Hadisə ilə əlaqədar Bərdə Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

14:31

Bərdədə yas mərasimində yaralanan 23 nəfər xəstəxanaya yerləşdirilib.

Bununla bağlı Cixisyolu.com-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə
əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

Bir nəfərdə xəstəxanaya qədər ölüm halı qeydə alınıb. Məlumata görə ölən
şəxsin 1958-ci il təvəllüdlü Sarıtel Abbasəli qızı Məmmədova olduğu bildirilir.
Digər şəxslərin isə ümumi müayinələri davam etdirilir.

Əlavə məlumat veriləcək.

14:21

Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndində
qeydə alınıb.

Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman
ikinci mərtəbənin döşəmə hissəsi anidən çöküb.

Hadisə nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilir.

Onlar Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan
birinin xəstəxanada öldüyü bildirilir.

Məlumata görə, yas mərasimi olan ev köhnə tikilidir, evin döşəməsi ağırlığa
tab gətirməyərək çöküb.

14:04

Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Yenidaşkənd kəndində
yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində
toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan
yaralanıb.

Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi
Xəstəxanasına daşınması həyata keçirilir.

Aysel Aslan

Source link