22efd32b-e572-4b29-95d7-a236a9155b93..jpg

Bəsitçay qoruğunun bərpası ilə əlaqədar 30 hektara yaxın ərazi minalardan təmizlənib

Baxış sayı: 875 dəfə baxılıb.

Bəsitçay qoruğunun bərpası ilə əlaqədar 30 hektara yaxın ərazi minalardan
təmizlənib

Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin bərpası istiqamətində görülən
işlər çərçivəsində həmin ərazilərin minalardan təmizlənməsi işləri davam edir.

“Report” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi
Firuddin Əliyev deyib.

O bildirib ki, artıq 30 ha ərazi minalardan təmizlənib: “Aidiyyəti qurumların
nümayəndələri əraziyə bir neçə dəfə səfər ediblər. İlkin inventarlaşma işləri
həyata keçirilib və dəymiş ziyanın məbləği müəyyənləşib. Nazirlik qoruğun işçi
ştat cədvəlinin hazırlanması, mühafizə postlarının yerləşəcəyi ərazinin
müəyyənləşməsi, xəritələri tərtib edib. Qoruğun yaradılması istiqamətində
görülən işlər mərhələli şəkildə davam edir”.

Source link