ba0b59d8-5ce7-439d-a600-8e3ef740e24c..jpg

Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”

Baxış sayı: 797 dəfə baxılıb.

Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz
tutacağam”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz
oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz
tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər”.

Bunu Moderator.az-a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə
Əkbərova deyib.

O, daha sonra əlavə edib:

“Toyda isə qəti şəkildə atamın mahnılarını oxumaq olmaz. Gedib öz
səviyyələrinə uyğun nəsə oxusunlar. Hələ bu azmış kimi oxuyub, “YouTube”
hesablarına da yerləşdirirlər. Bir çoxu heç bilmir ki, bu mahnı kimindir?! Bu
sadəcə bildirişdir. İnsan tərbiyəsiz olmaz. Heç olmasa icazə almaq lazımdır.
Elə sənətkarlar var ki, bizdən icazə alırlar. Mənə lazım deyil ki, kimsə oxusun
və gətirib mənə qonorar versin”.

Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli
bildirib ki, müəllif hüquqları pozulduğu halda müəllif və hüquq sahibi Əqli
Mülkiyyət Agentliyinə və məhkəməyə müraciət edə bilər.

“Belə müraciətlər olduqda agentlikdə onlara təmənnasız hüquqi yardım
göstərilir. Müəlliflər və hüquq sahibləri əsərləri Əqli Mülkiyyət Agentliyində
qeydiyyatdan keçirə və əsərin qeydiyyatı barədə şəhadətnamə ala bilərlər.
Müəllif vəfat etdiyi halda onun qanuni vərəsələri qeydiyyat üçün agentliyə
müraciət edə bilərlər. Kimisə bu və digər suallar maraqlandırarsa, daha ətraflı
məlumat üçün agentliyin “960” çağrı mərkəzinə müraciət edə bilər”, – deyə
agentlik rəsmisi bildirib.

Qeyd edək ki, Tahir Əkbər 2018-ci ildə vəfat edib.

Source link