Bəxtiyar Abbasov dünya çempionatında ermənini döşəyə çıxmağa peşman etdi

Baxış sayı: 2. 604 dəfə baxılıb.

Bəxtiyar Abbasov dünya çempionatında ermənini döşəyə çıxmağa peşman etdi

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında ikinci günə start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, Abdulla Abdullayev (74 kq) ilk görüşündə almaniyalı Yanik Ventseli 8:0 məğlub edib.

Döyüş sambosunda isə Bəxtiyar Abbasov (82 kq) Ermənistan idmançısı Davit Petrosyanla qarşılaşıb. O, tatamiyə 1 dəqiqədən gec gəldiyi üçün görüşə 0:3 hesabı ilə geridə başlayıb. Lakin tanınmış idmançımız ardıcıl rəqibindən 11 xal alıb və görüşün bitməsinə 3 dəqiqə 42 saniyə qalmış vaxtından erkən qələbə qazanıb – 11:3.

Qeyd edək ki, dünən gümüş medal qazanmış Emil Həsənov (68 kq) erməni Rafik Manukyanı məğlub etmişdi.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com