Bəxtiyar Hacıyevə əlavə ittiham verildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə əlavə ittiham verilib.
Bu barədə “Qafqazinfo”ya onun vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, B.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən
yayınma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Daha əvvəl
ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1 (məhkəməyə
hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd
saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı
(qaçaqmalçılıq) maddələri ilə ittiham verilib.