627353d7-48db-4845-bbfa-645660e4d6c5..jpg

Bəxtiyar Hacıyevin həbs müddəti uzadılıb

Baxış sayı: 789 dəfə baxılıb.

Bəxtiyar Hacıyevin həbs müddəti uzadılıb

Bəxtiyar Hacıyev barəsində növbəti dəfə məhkəməyə təqdimat verilib.

“Qafqazinfo” xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda
prokuror iş üzrə ibtidai istintaq hərəkətlərinin davam etdiyini əsas gətirərək
seçilmiş qətimkan tədbiri müddətinin uzadılmasını istəyib.

Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərara əsasən B.Hacıyevin həbsdə saxlama
müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabrında həbs edilib. O, Cinayət
Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192
(qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini
və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2
(bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri
ilə ittiham olunur.

Source link