Bəy gəlinə nişan üzüyü almaq üçün bank soydu

Baxış sayı: 2. 367 dəfə baxılıb.

Bəy gəlinə nişan üzüyü almaq üçün bank soydu

ABŞ-ın Texas ştatının Qrovton şəhərində bəy toy üzüyü almaq üçün toydan bir gün əvvəl bank qarət edib

Oktyabrın 4-də Hit Edvard Bampus “Citizens State Bank”a girərək nağd pul tələb edib. Bəy kassiri silahlı olması ilə bağlı xəbərdar edib. Onun sözlərinə görə, o, bankı ertəsi gün baş tutacaq toyu üçün qarət edib. O, nişan üzüyünə pulunun çatmadığını deyib.

Polisin məlumatına görə, silahlı soyğundan sonra Bampus paltarlarını avtomobilin pəncərəsindən atıb. Tezliklə polis cinayətkarın əşya və silahını tapıb.

Səlahiyyətlilər nəzarət kamerasından görüntüləri götürüb və şübhəli şəxsin görüntülərini rəsmi “Facebook” qrupunda yayımlayıblar. Görüntülərdən həyat yoldaşını tanıyan gəlin Bampusu təslim olmağa məcbur edib.

Polis işçisi bildirib ki, Bampus oğurlanan pulların çoxunu geri qaytarıb. O, məhkəmənin qərarına qədər nəzarətdə saxlanılacaq.